Ukraynada Fövqəladə Vəziyyət (FV)rejimi tətbiq olunmayacaq. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bunu jurnalistlərə ölkə parlamentinin sədri, hakimiyyətyönlü Regionlar Partiyasının üzvü, Vladimir Rıbak deyib.
«Fövqəladə vəziyyətlə bağlı məsələ istənilən səviyyəli müşavirlərin heç birində müzakirə olunmayıb. Mən dəqiq bilirəm ki, fövqəladə vəziyyət tətbiq edilməyəcək» -deyə, V.Rıbak söyləyib.
Parlamentin sədri bildirib ki, hakimiyyəti məqsədi mövcud vəziyyətin dinc yolla həll etməkdir.
Xatırladaq ki, son zamanlar Ukrayna KİV-də FV-nin tətbiqinə dair xəbərlər yayılır.