Obama Putindən Poroşenkonu tanımasını istəyib
06 iyun 2014 22:39 (UTC +04:00)

Obama Putindən Poroşenkonu tanımasını istəyib

0

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşündə Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenkonun legitimliyini tanımağa çağırıb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu xəbəri Ağ evə əsaslanaraq, “Röyetr” yayıb.

 

“Prezident Obama Putinə bildirib ki, gərginliyin aradan qaldırılması Rusiyanın Poroşenkonu tanımasından, Ukraynanın şərqində separatçılara yardımı, Rusiya-Ukrayna sərhədindən terrorçulara silah və texnika ötürməyi dayandırmasından asılıdır”-deyə, mənbə vurğulayıb.

 

Xatırladaq ki, Normandiyaya müttəfiq qoşununu yeridilməsinin 70 illiyinə həsr olunan tədbirdə ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı ilə qeyri-rəsmi görüşü keçirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar