Moskvada biznesmen güllələndi
16 oktyabr 2014 17:17 (UTC +04:00)

Moskvada biznesmen güllələndi

Moskvanın mərkəzində kimliyi hələlik açıqlanmayan biznesmenə silahlı hücum olub. Lent.az-ın məlumatına görə, Usaçeva küçəsində gündüz saatlarında 2 nəfər silahlı şəxs sahibkara 3 dəfə atəş açıb. Ayağı, qarnı və sinəsindən yaralanan biznesmen xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

 

Hadisə şahidlərinin dediyinə görə, killerlərdən biri italiyalılara bənzəyir, digəri isə saqqallı olub. Hazırda polis hər iki killeri axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823

Oxşar yazılar