Misirdə seksual qısnamaya görə 5 il iş kəsiləcək
07 iyun 2014 02:45 (UTC +04:00)

Misirdə seksual qısnamaya görə 5 il iş kəsiləcək

0

Misir tarixində ilk dəfə seksual qısnama cinayət sayılacaq.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda qanun qəbul edilib.

 

Müvəqqəti prezident Ədl Mənsur tərəfindən imzalanan bu sənədə əsasən cinayətin ağırlığından asılı olaraq, onu  törədənlər 6 ayadək azadlıqdan məhrum ediləcək və ya 420 -700 dollar məbləğində cərimə olunacaq.

 

Əgər cinayətkar qısnama əməlini davam etdirərsə, o zaman cəza daha da sərtləşdiriləcək. Həmin cinayətkar 5 ilədək azadlıqdan məhrum ediləcək, yaxud 2800 – 7000 dollar məbləğində cərimə verəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 988

Oxşar yazılar