Türkiyənin tanınmış müğənnisi Dəniz Səki yenidən həbs olunub. Lent.az-ın “CNNTürk”-ə istinadən verdiyi xəbərə görə, axşam saatlarında saxlanılan D.Səki barəsində İstanbul 12-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbiri seçilib. Müğənninin “təkrar mühakimə” tələbi isə rədd edilib. 
	 
	Qeyd edək ki, D.Səki barəsində 6 il 3 ay müddətinə həbs qərarı verilmişdi.
	Narkotik ticarətinə görə həbs edilən Səki ona verilmiş cəzanın 4 il 2 ayını həbsxanada keçirəcək. 
	
	Müğənni əvvəllər yeddi ay yarım məhbus həyatı yaşadığına görə, cəzası 3 il 6 aya düşüb.
 
                 
                             
    