Misir məhkəməsi parlament seçkilərinin keçirilmə vaxtını dəyişməsi ilə bağlı prezident Məhəmməd Mursinin qərarını ləğv edib.
Xatırladaq ki, bu siyasi kampaniya aprelin 27-ə təyin edilmişdi. Xristianların dini bayramı ilə əlaqədar bu prezident bu tarixi aprelin 22-ə ertələmişdi.
Lent.az-ın «
Prezidentin təyin etdiyi tarixidə seçki iki ay ərzində 4 mərhələdən ibarət keçirilməlidir. Buna səbəb kimi müşahidəçilərin bütün ölkəni əhatə edə bilməməsi göstərilir.
Qeyd edək ki, dünyəvi, laik müxalifət bu siyasi kampaniyanı boykot etməyə çağırır.
Məhəmməd əl-Baradeyin başçılıq etdiyi Milli Qurtuluş Cəbhəsi seçki haqqında yeni qanunun islamçı adlanan siyasi qurumların üstünlük qazanmasına yardım edəcəyini bildirir. Əks tərəf bu iddiaları rədd edir.