Kommunistlər Moskvanı ələ keçirmək istəyir
18 iyun 2013 04:14 (UTC +04:00)

Kommunistlər Moskvanı ələ keçirmək istəyir

Rusiya Kommunist Partiyası Moskva şəhər başçılığına Dövlət Duması sədrinin birinci müavini İvan Melnikovun namizədliyini irəli sürüb.

 

Lent.az-ın «İTAR-TASS» -a istinadən məlumatına görə, partiyanın Moskva şöbəsinin iclasında 95 nəfərdən 85-i onun namizədliyini müdafiə edib.

 

İvan Melnikov bildirib ki, seçkidəki başlıca vəzifəsi ikinci tura keçməkdir.

 

«Bizim vəzifəmiz indiki hakimiyyətə qarşı olanların hamısını ətrafımıza toplamaqdır»-deyə, o, vurğulayıb.

 

İ.Melnikov 1950-ci ildə anadan olub, Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar