Keçmiş nazir: «Danışıqlar Netaniyahunun evində olub»
09 iyul 2013 05:53 (UTC +04:00)

Keçmiş nazir: «Danışıqlar Netaniyahunun evində olub»

Mahmud Abbas hökumətində məhbusların işi üzrə keçmiş nazir Əşrəf əl-Əcərmi bildirib ki, Fələstin Muxtariyyəti ilə İsrail arasında birbaşa danışıqlar artıq gedir.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, iyulun 8-də o, İsrail parlamentinin özəl toplantısına, Cenevrə üzrə təşəbbüs yığıncağına çağırılıb.

 

Həmin iclasdakı çıxışında o, bildirib ki, son zamanlar Fələstin Muxtariyyəti ilə İsrail arasında ardıcıl birbaşa danışıqlar olub. Onun sözlərinə görə, danışıqların hamısı yəhudi dövləti hökumətinin başçısı Binyamin Netaniyahunun evində keçirilib.

 

Keçmiş nazir bildirib ki, həmin danışıqlarda İsraili B.Netaniyahu, Fələstini isə Yasər Əbəd Rabo təmsil edib.

 

Mənbə bildirib ki, bu bəyanatı İsrail baş nazirinin adminstrasiyası təkzib edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar