Kanadada şəhər başçısı korrupsiyada ittiham olunur
18 iyun 2013 02:04 (UTC +04:00)

Kanadada şəhər başçısı korrupsiyada ittiham olunur

Kanadanın Monreal şəhərinin valisi bir il öncə vəzifəsinin icrasına başlamazdan öncə, korrupsiyaya qarşı mübarizə aparacağını boyun olubmuş.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, iyunun 17-də o, antikorrupsiya bölməsi tərəfindən həbs edilib.

 

Şəhər başçısı Maykl Epplbauma qarşı irəli 14 cinayət, o cümlədən korrupsiya ilə bağlı ittiham irəli sürülüb.

 

Yerli KİV ehtimail edir ki, onun həbs cari ilin fevralında Epplbauma tabe Monrealın dairə idarələrinin binalarında aparılan yoxlamalarla bağlıdır. Onda şəhər başçısı qanundankənar iş görmədiyini bildirmişdi.

 

Epplbaum  2012-ci  ilin dekabrında rüşvətxorluqda ittiham olunaraq, vəzifədən uzaqlaşdırılmış Jerald Trambleni əvəz edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

Oxşar yazılar