İslandiya ölkəsinin internet istifadəçilərini pornofilm yükləməkdən məhrum edəcək.
Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, İslandiya daxili işlər naziri Ogmundur Jonasoon bununla bağlı parlamentə qanun layihəsi təqdim edib.
Ogmundur Jonasoon deyib ki, internet pornosu qadınlara qarşı zorakılığı artırır, erkən yaşda erotik videoları izləməyə başlayan uşaqlarda uzunmüddətli problemlərə yol açır. Qanunun qəbul edilməsi ehtimalı yüksək dəyərləndirilir. Artıq daxili işlər naziri həyata keçirmək istədiyi qanunla bağlı xüsusi qruplar da yaradıb. Bu qruplar internetə bağlı cihazlar vasitəsi ilə porno-video və fotoşəkillərə baxmağın qarşısını almağa necə nəzarət edilə biləcəyini araşdıracaq. Başqa sözlə, porno saytlara girişə qadağa qoymaq üçün filtr sistemi yaradılacaq. Ogmundur Jonasoon bildirib ki, əgər Aya insan göndərilirsə, deməli, internet pornosunu da nəzarətə götürmək imkanları var.