Bağdadın qərbində əl-Fəlluca şəhərində İraq Hərbi Hava Qüvvələrinə məxsus vertolyot vurulub. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, “əl-Cəzirə” telekanalı bildirib ki, bu hərbi vertolyotu “İraq Şam İslam Dövləti” terrorçuları vurub. Mənbənin məlumatına əsasən, onun göyərtəsindəki heyət üzvləri ölüb.
İyunun 16-da yayılan xəbərdə bildirilmişdi ki, əl-Fəllucadan 10 km qərbdə yerləşən Saklaviya şəhərində İraq aviasiyası Bağdada doğru hərəkət edən 200-dən çox terrorçunu öldürüb.