İranda tamamilə milli ixtiralar və açıq proqram təminatı üzərində qurulmuş milli elektron poçt xidməti istifadəyə verilib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Həsən Nami servisin proqram təminatı hissəsinin yerli proqramçılar tərəfindən yaradıldığını söyləyib.
Yeni yaradılmış xidmət İranın poçt administrasiyası tərəfindən idarə olunacaq və hər bir vətəndaşa unikal elektron poçt ünvanı veriləcək. Rəsmi statistikaya əsasən, hazırda İran əhalisinin sayı təxminən 75 milyondur və onlardan 50 faizi internetdən istifadə edir.