İlk gecəyə görə ərini öldürdü
24 yanvar 2013 07:29 (UTC +04:00)

İlk gecəyə görə ərini öldürdü

0

 

Yanvarın 23-də İsrailin Təl-Şəv şəhərinin prokurorluğu 17 yaşlı sakininə qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, 40 yaşlı ərinin qətlə yetirib.

 

Ona qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

 

İttiham aktında bildirilib ki, buna səbəb ərinin ona qarşı sərt davranışı olub.

 

İttiham sənədlərinə əsasən, ilk gecə əri onu zorlayıb. Bu haqda o, valideynlərinə şikayət edib. Onlar bu davranışına görə, ərini qınamamağı ona məsləhət görüblər.

 

Vəziyyəti belə görən qadın əri ilə birlikdə şəhərdəki parka gedib. Orada o, ərindən çəmənlikdə uzanıb, gözünü yummasını istəyib. Əri də onun dediklərinə əməl edib. Həyat yoldaşı gözlərini yuman kimi qadın ərinə bir neçə bıçaq zərbəsi endirib.

 

Mənbənin məlumatına əsasən, 17 yaşlı qadın artıq bir dəfə ərdə olub. Yeniyetmə yaşında olmasına  baxmayaraq, birinci nikahının da uğursuz olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4115

Oxşar yazılar