Həcc ziyarəti barədə qəfil qərar
17 iyun 2013 11:19 (UTC +04:00)

Həcc ziyarəti barədə qəfil qərar

Səudiyyə Ərəbistanı hakimiyyəti bu il Məkkəyə Həcc ziyarətinin ixtisara salınması barədə qəfil qərar qəbul edib.

Lent.az-ın mignes.com saytına istinadən verdiyi məlumata görə, Həcc ziyarətinə gəlmək istəyən Səudiyyə Ərəbistanı vətəndaşları üçün ayrılmış kvotanın yarısı, xarici ölkələrdən gəlmək istəyən zəvvarlar üçün ayrılmış kvotanın isə 20 faizi ləğv olunacaq.

Səudiyyə Ərəbistanının həcc naziri Bandap Xacar deyib ki, bu istisna və müvəqqəti qərardır. Onun sözlərinə görə, kvotanın azaldılmasının səbəbi Məkkədəki əl-Həram məscidinin yenidən qurulması ilə əlaqədardır. Məscid genişləndirildikdən sonra onun sahəsi 400 min kvadrat metrə çatacaq və eyni vaxtda 400 min nəfərin namaz qılması mümkün olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1966
avatar

Oxşar yazılar