Hakimin qatillərinə hökm oxunub
18 iyun 2013 05:56 (UTC +04:00)

Hakimin qatillərinə hökm oxunub

Niderlandda 7 yeniyetmə və onlardan birinin atası futbol oyunundan sonra hakimi ölümcü döyməkdə ittiham olunub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yaşlı kişi 6 il azadlıqdan məhrum edilib. Yeniyetmələr isə bir – iki il az yaşlılar koloniyasında saxlanılacaq.

 

Döyülən həvəskar hakim Riçard Nyönvenhezen yan hakim olub. 2012-ci ilin dekabrında Amsterdam yaxınlığında oynanılmış həmin yarışmada onun oğlu da oynayırmış. O,döyülərkən aldığı zərbələrə dözsə də, bir müddət sonra xəstəxanada keçinib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar