Suriya prezidenti Bəşər Əsəd növbəti məğlubiyyətə məruz qalıb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gün Suriya Azadlıq Ordusu Hələb əyalətindəki əl-Cira hərbi aeroportunu tutub.
Aeroport uğrunda döyüşlərdə Suriya ordusunun 40 əsgəri öldürülüb. Əsgərlərin sağ qalanları aeroportda böyük həcmdə silah və sursatı qoyaraq qaçıblar.
Hazırda Bəşər Əsədə sadiq qüvvələr Dəməşq əyalətinin bir hissəsinə, paytaxt Dəməşqə, Hama əyalətinin bir hissəsinə nəzarət etsə də, ölkənin mərkəzindəki Hums, şərqindəki Hələb və şimalındakı Rakka vilayətlərində ciddi itkilər verir. Döyüşlər bütün ölkə ərazisini əhatə etdiyi üçün ordu hər yeri nəzarətdə saxlamaq gücündə deyil.