Ermənistan XİN: KTMT-nin baş katibi dəyişdiriləcək
28 iyul 2018 14:34 (UTC +04:00)

Ermənistan XİN: KTMT-nin baş katibi dəyişdiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı baş katibi Yuri Xaçaturov Ermənistan tərəfinin xahişi ilə dəyişdiriləcək. İrəvan onun yerinə başqa bir namizəd irəli sürəcək.

 

Lent.az news.am-a istinadla bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan özünün şəxsi “tvitter” hesabında yazıb. Tiqran Balayan bildirib ki, təmsil etdiyi qurum artıq Xaçaturovun bir başqası ilə əvəz edilməsi üçün KTMT-yə müraciət edib və tezliklə bu barədə rəsmi məktub göndərməyə hazırlaşır: “Çünki hazırkı KTMT baş katibi Ermənistan qanunlarına görə mühakimə olunacaq. Özü də ciddi ittihamlarla. Xaçaturov tezliklə bir başqası ilə əvəz edilməlidir. Təşkilat da, biz də yeni baş katiblə bağlı namizədimizi təqdim edə bilərik. Hesab edirəm ki, prosedur  tezləşdirilməlidir. Əks halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində bir müddətlik axsama yarana bilər”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar

Putinin helikopteri vurulma təhlükəsi ilə üzləşib

Putinin helikopteri vurulma təhlükəsi ilə üzləşib

25 may 2025 , 15:43
Qonşu ölkədə güclü zəlzələ

Qonşu ölkədə güclü zəlzələ

25 may 2025 , 10:28
Ukraynaya PUA hücumu , Ölənlər və yaralılar var-YENİLƏNİB

Ukraynaya PUA hücumu, Ölənlər və yaralılar var-YENİLƏNİB

25 may 2025 , 10:10
Moskva hava limanları fəaliyyəti dayandırdı

Moskva hava limanları fəaliyyəti dayandırdı

25 may 2025 , 04:25
Maskdan gözlənilməz qərar -  Qayıdır

Maskdan gözlənilməz qərar - Qayıdır

24 may 2025 , 23:28
Bu əraziyə qar yağdı,  şaxta var

Bu əraziyə qar yağdı, şaxta var

24 may 2025 , 15:22
Çində insanabənzər robotlar döyüşdürüldü

Çində insanabənzər robotlar döyüşdürüldü

24 may 2025 , 07:32
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

24 may 2025 , 05:02