Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar Levon Ayrapetyana hökm oxunub.
APA-nın məlumatına görə, Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin hökmü ilə L. Ayrapetyan 4 il müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ilin iyulunda həbs edilib.
İstintaqın məlumatına görə, L. Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Öncə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, ötən ilin oktyabrında məhkəmə bu tədbiri ev dustaqlığı ilə əvəz edib.
Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
L.Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoruna 4 İL HƏBS
Oxşar yazılar

Putinin Ukrayna müharibəsinin bitməsi üçün şərtləri məlum oldu
17 avqust 2025 , 10:42
Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı
17 avqust 2025 , 03:25
Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 , 02:41
Suriyanın paytaxtında PARTLAYIŞ
16 avqust 2025 , 23:42
Uels şahzadəsi həyat yoldaşı ilə yeni evə köçür
16 avqust 2025 , 22:12
Zelenski sülh müqabilində Donbası verməkdən imtina etdi
16 avqust 2025 , 21:19
Bu ölkə bir neçə ilə tamamilə yox olacaq - Dünyanın xəritəsi DƏYİŞƏCƏK
16 avqust 2025 , 20:15