Bill Qeyts qızına 18 milyon dollara ferma aldı
14 oktyabr 2014 18:35 (UTC +04:00)

Bill Qeyts qızına 18 milyon dollara ferma aldı

Dünyanın ən varlı amerikalısı Bill Qeyts Kaliforniyada 18 milyon dollara ferma alıb. Lent.az-ın məlumatına görə, ehtimal edilir ki, "Microsoft" şirkətinin sahibi at fermasını peşəkar atçılıqla məşğul olan 18 yaşlı qızı Ceniferə hədiyyə edəcək.

San-Dieqoda yerləşən Ranco Paseana ferması 2010-cu ildə 30 milyon dollara satışa çıxarılıb. 1995-ci ildən bu fermaya sahib olan Cenni Kreyq əmlakını o şəxsə satmaq istəyirdi ki, alıcı heç bir halda fermada təyinatı dəyişiklik etməyəcək.

Qeyd edək ki, 90 hektar ərazisi olan fermada kotej, kiçik cıdır yolu, 5 anbar, veterinar yardımı edilməsi üçün yer, çəmənlik və zeytun bağı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1283

Oxşar yazılar