APA TV-nin məlumatına görə, Suriya ordusu 5 hava hücumu həyata keçirib. Əsas hədəf Əbu-Kamal şəhəri və İŞİD-ə bağlılığını elan edən Muhasan qəsəbəsi olub. İŞİD-in İraqın Mosul şəhərini ələ keçirdikdən sonra Suriyanın şərqində təsiri artıb. Əsəd rejiminə məxsus qüvvələr tanklar və təyyarələrlə Lazkiyənin Bayırbucaq türkmən bölgəsinə də hücum təşkil ediblər. Səhər saatlarından başlanan hücumlarda Qulcuq və Murtlu kəndləri hədəfə alınıb. Ara verilməklə bir neçə dəfə təşkil olunan şiddətli hücumlar Yayladağı rayonunda da hiss edilib. Bu arada İŞİD-in Suriya və İordaniya sərhədi yaxınlarında bir neçə İraq kəndini ələ keçirib. Təşkilat Anbar vilayətinə bağlı Əl-Qaim, Ravah, Anah və Rutbaya kəndlərini tutub. Əl-Qaim İraqın Suriya sərhədində əsas qapılardan biridir. Anbar vilayəti isə Bağdaddan Suriya və İordaniyaya gedən yolun kəsişməsində yerləşir. İŞİD-in bu yollarla İraq və Suriya arasında silah daşıması həyata keçirəcəyi bildirilir. İraqın əsas neft istehsalı mərkəzi Beyci haqqında müxtəlif xəbərlər var. İraq ordusu buranı geri qaytardığını bildirsə də, İŞİD Beycinin onlarda olduğunu deyir.

Oxşar yazılar

60-dan çox eşşək arısı 2 yaşlı uşağı öldürdü
22 iyul 2025 , 11:06
Timsahlar valideynlərin gözü önündə uşağı parçaladı
22 iyul 2025 , 10:51
Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
22 iyul 2025 , 07:24
I Dünya müharibəsi zamanı batan gəmi 109 il sonra tapıldı
22 iyul 2025 , 06:53
“Mersedes” 223 min maşınını geri çağırır
22 iyul 2025 , 04:33
Rusiyada 45 dəqiqədə beş zəlzələ baş verdi
21 iyul 2025 , 23:10
İrana hücum zamanı İsrailə gizli ekstrasenslər qrupu kömək edib - İDDİA
21 iyul 2025 , 15:52