Belçika kralının nikahdankənar qızı var imiş
18 iyun 2013 07:48 (UTC +04:00)

Belçika kralının nikahdankənar qızı var imiş

Belçika kralının nikahdankənar qızı iddia qaldırıb

Beliçkalı Delfina Boelin vəkili bildirib ki, bu gənc ölkənin kralı II Albertin   nikahdankənar qızıdır.
 

Lent.az-ın  «RİA Novosti»-yə istinadən məlumatına görə, vəkil müvəkkili adından məhkəməyə gəlmələri barədə krala, varis Filipp əvə şahzadə Astridə bildiriş göndərib.

 

Məlumata əsasən, Boel məhkəmə yolu ilə kraldan, onun övladlarından DNT analizi almaq niyyətindədir. İyunun 24-də Brüsseldə məsələ ilə bağlı məhkəmə dinləməsi keçiriləcək.

 

Delfina Boelin anası baronessa Seli-Lonqşamps bu sirri uzun müddət qızından gizlədib. Delfina yalnız 18 yaşında kralın nikahdankənar qızı olduğunu bilib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar