Barda öpüşmək yasaqdır
06 aprel 2013 05:45 (UTC +04:00)

Barda öpüşmək yasaqdır

Avstriyanın İnsburq şəhərindəki barın yiyəsi müştərilərinə öpüşməyi yasaqlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda uyğun lövhə də vurulub.

 

Bar rəhbərliyinin qənaətincə, sevgililərin biri-birinə qraşı incə hisslər həm müəssisə işçiləri, həm də ora gələn başqa müştəriləri şaşırdır: «Avstriyalıların iştirakı ilə belə bir romantik  səhnəni görmək onlar üçün xoş deyil».

 

Xaricilərin öpüşməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyib.

 

İş Adamı bildirib ki, barın bu qaydasına əməl etməyən müştərilər, oradan çıxarılır.

 

Məlumata əsasən, bu yaxınlarda zərif davranışa ucbatından müəssisədən qovulanlar bar müdirindən şikayət ediblər.

 

Yerli hakimiyyət isə bildirib ki, öpüşün yasaqlanması qanunidir : «Öpüşən və ya telefonla ucadan danışan müştərilərin davranışı başqa müştərilərin rahatlığına mane olursa, o zaman ikincilər birincilərdən barı tərk etmələrini istəyə bilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar