Bağdadda şərab mağazalarına hücum: 12 nəfər öldürüldü
15 may 2013 00:59 (UTC +04:00)

Bağdadda şərab mağazalarına hücum: 12 nəfər öldürüldü

 

İraqın paytaxtında silahlı şəxslərdən ibarət qrup şəhər ərazisində fəaliyyət göstərən bir neçə şərab mağazalarına hücum törədib, nəticədə 12 nəfər qətlə yetirilib.

 

APA-nın “İtar-Tass”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli rəsmi qurumlar açıqlama verib.

 

Məlumata görə, 4 avtomobildə hərəkət edən silahlı qrup Bağdadın qərbində bir neçə şərab mağazasına basqın edərək 12 nəfəri qətlə yetirib.

 

İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.  

 

 
# 562
avatar

Oxşar yazılar