ABŞ döyüşə qadınları göndərəcək
24 yanvar 2013 10:17 (UTC +04:00)

ABŞ döyüşə qadınları göndərəcək

0

ABŞ müdafiə naziri Leon Panetta qadınların quru qoşunlarının, o cümlədən xüsusi təyinatlı elitar bölmələrin tərkibində döyüşdə iştirak etməsinə qoyulan qadağanın tamamilə ləğv edilməsi barədə qərar qəbul edib.

 

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bu qadağa 1994-cü ildə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin tövsiyəsi əsasında qəbul edilib. Müdafiə nazirinin mayın 15-ə qədər ordu komandanlığından istənilən hərbi hissədə, o cümlədən komandanlıqda qadınların sayı barədə təklifləri qəbul edəcəyi gözlənilir. Daha sonra hərbi hissələrə qadınların cəlb edilməsi ilə bağlı eksperimentlər başlayacaq. Ancaq elə bu ildən ABŞ ordusunda manqa və taqımlara qadınların komandanlıq etməsinə icazə verilə bilər. Ancaq xüsusi təyinatlı bölmələrə qadınların cəlb olunması bir neçə il sonra gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar