ABŞ-la AB «görünməmiş ticarət müqaviləsi» imzalayacaq
18 iyun 2013 02:49 (UTC +04:00)

ABŞ-la AB «görünməmiş ticarət müqaviləsi» imzalayacaq

ABŞ-la Avropa Birliyi (AB) arasında iri həcmli ticarət müqaviləsinin bağlanılması gözlənilir.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mütəxəssislər bunu dünya ticarəti tarixində «görünməmiş müqavilə» adlandırıb.

 

Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, bu müqavilə iqtisadiyyatın mövcud vəziyyətini yaxşılaşdıracaq, 2 milyon əlavə iş yerinin açılmasına yardım edəcək.

 

Onun dəyərləndirməsinə əsasən, AB bu sövdələşmədən 100 milyard funt sterlinq (157 milyard dollar), ABŞ isə 80 milyard funt sterlinq (125 milyard dollar),başqa dövlətlər isə 85 milyard funt sterlinq (133 milyard dollar) qazana biləcək.

 

ABŞ prezidenti Barak Obama isə bildirib ki, danışıqların birinci mərhələsi iyulda Vaşinqtonda keçiriləcək. Müzakirələrin 2014-cü ildə başa çatacağı nəzərdə tutulub.

 

Xatırladaq ki, bu bəyanat «Böyük 8»-liyin iyunun 17-də Şimali İrlandiyada keçirilən zirvə toplantısında verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar