«Azadlıq»: «Tacikistan işimizə müdaxilə edir»
25 yanvar 2013 02:26 (UTC +04:00)

«Azadlıq»: «Tacikistan işimizə müdaxilə edir»

0

«Azad Avropa radiosu/Azadlıq Radiosu» bildirib ki, Tacikistan hakimiyyəti jurnalistləri senzura və hədələməklə qorxudur.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Azadlıq» radiosu bir müddət öncə tacik dili xidmətinin saytına girişə məhdudiyyətin qoyulduğunu xəbər vermişdi.

 

Radionun rəhbərliyi bildirib ki, rəsmi Düşənbə Abdukayum Kayumovun (Abdukayumi Kayumzod) akkreditasiyasının uzatmayıb,  onun və başqa jurnalistlərin tacik dili xidmətində işləməsini yasaqlayıb.

 

«Hakimiyyət akkreditasiya ilə bizim seçimimiz və müstəqilliyimizi yasaqlamaq istəyir»-deyə, radiostansiyanın prezidenti Stiven Korn bəyan edib.

 

Radio bildirib ki, Kayumov 2001-ci ildən bu sahədə çalışıb. Və onun jurnalist fəaliyyətinə qadağan qoyulması radiostansiyanın Tacikistandakı fəaliyyətinə müdaxilədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar