Ukraynanın Xarkov şəhərinin Akademik Volter küçəsində yerləşən “Xəzər” supermarketinin qarşısında ərzaq növbəsinə dayanan sakinlər naməlum silahdan atəşə tutulub.
Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
İlkin məlumata görə, atəş nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Hadisə ilə bağlı cinayət işinə başlanılıb.
Müharibə qanunlarının pozulması faktı üzrə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ibtidai istintaq başladılıb.
Bildirilib ki, hazırda qurbanların dəqiq sayı müəyyənləşdirilir.