Ukraynanın “Vinnitsa” hava limanına raket zərbələri endirilib.
Lent.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Regional Baş İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində 9 nəfər - 5 mülki şəxs və 4 hərbçi həlak olub.
Dağıntılar altından 15 nəfər çıxarılıb, onlardan 6-sı sağ olub.
Daha bir nəfərin axtarışları davam edir. Xilasetmə işlərinə Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən ümumilikdə 143 canlı qüvvəsi, 23 xüsusi texnikası cəlb edilib.