Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarından “WhatsApp”-ı telefonlarından silmələrini istəyib.
APA xəbər verir ki, canlı yayımda tərəfdarları qarşısında çıxış edən Maduro şəxsi telefonunu çıxararar “WhatsApp” tətbiqini silib.
Bundan əvvəl də “TikTok” və “Instaqram”-ın nifrət yaydığını deyən Maduro canlı yayımda qəfildən “WhatsApp”-ı silmək qərarına gəlib.
Maduro, tətbiqin bəzi qruplar tərəfindən zorakılıq yaymaq və hərbi personalı, polisi və icma liderlərini təhdid etmək üçün istifadə edildiyini müdafiə edib.