Universitetə hücum edən terrorçu: Timurun planlarında daha nələr olub?
20 sentyabr 2021 13:50 (UTC +04:00)

Universitetə hücum edən terrorçu: Timurun planlarında daha nələr olub?

Rusiyanın Perm Dövlət Universitetində terror törədən 18 yaşlı tələbə Timur Bekmansurovun sosial şəbəkələrdəki qeydləri üzə çıxıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hücumdan 20 dəqiqə əvvəl o yazıb: “Mən heç bir ekstremist təşkilatın üzvü deyiləm. Dindar deyiləm. Mənim nə edəcəyim barədə heç kimin xəbəri yox idi. Hər şeyi özüm etmişəm. Bütün bunları İstintaq Komitəsinin işini asanlaşdırmaq üçün yazıram”.

Öz postunda Bekmansurov daha sonra qeyd edib: “Mən 10-cu sinifdən odlu silah əldə etmək üçün pul toplamışam. Aprel ayında isə silah saxlamaq üçün lisenziya almışam”. 

İlkin araşdırmalar zamanı o da məlum olub ki, Timur əvvəlcə oxuduğu orta məktəbə hücum etmək istəyib. Amma sonradan fikrindən vaz keçib. Bundan sonra hücum üçün ticarət mərkəzlərini, xəstəxana, teatr və vağzalı nəzərdən keçirib. Son anda universitetin üzərində dayanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6222

Oxşar yazılar