Bu gün Melitopolun Şmidt küçəsində səhər saatlarında ukraynalı partizanların törətdiyi güclü partlayış zamanı bir neçə yüksək rütbəli Rusiya hərbçi ölüb.
Lent.az xəbər verir ki, bu barədə Zaporojya Regional Hərbi Dairəsi məlumat yayıb.
Partlayışdan sonra Rusiya ordusunun komendat binası mühasirəyə alınıb, tərəflər arasında atışma başlayıb.
Qeyd olunub ki, Rusiya tərəfi hərbçilərin öldürülməsi ilə bağlı məlumatı gizlətməyə çalışsalar da, şəhərdə nəqliyyat vasitələrinin saxlanılaraq yoxlanılmasını gücləndiriblər.
Ehtimal edilir ki, ruslar ukraynalı partizanları üzə çıxarmaq üçün intensiv yoxlamalara başlayıblar.