Ukraynada müharibədə ölən uşaqların sayı 400-ü  ÖTDÜ
03 oktyabr 2022 12:45 (UTC +04:00)

Ukraynada müharibədə ölən uşaqların sayı 400-ü ÖTDÜ

Ukraynada müharibə başlayandan bəri 416 uşaq həlak olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlar ən çox Donetsk, Xarkov, Kiyevdə əziyyət çəkir.

Ukraynada oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, Rusiyanın başlatdığı müharibə nəticəsində 1200-dən çox uşaq zərər çəkib. 416 uşaq ölüb, 784-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qeyd olunur ki, bu rəqəmlər yekun deyil.

Ən çox zərər çəkən uşaqlar Donetsk vilayətində - 403, Xarkov vilayətində - 249, Kiyev vilayətində - 116, Nikolayev vilayətində - 75, Çerniqov vilayətində - 68, Luqansk vilayətində - 64, Xerson vilayətində - 57, Zaporojye vilayətində - 50, Dnepropetrovsk vilayətində - 29 olub. .

Bundan əlavə, məlum olub ki, martın 23-də Xarkov vilayətinin İzyum rayonunun atəşə tutulması nəticəsində 13-14 yaşlarında üç uşaq həlak olub.Sentyabrın 30-da isə Donetsk vilayətində bir uşaq qəlpə yarası nəticəsində ölüb.

Xatırladaq ki, Xarkov vilayətində evakuasiya karvanının atəşə tutulması nəticəsində 24 nəfər həlak olub, ölənlər arasında 13 uşaq və bir hamilə qadın olub.

Həmçinin bildirilib ki, eyni ailənin üzvləri olan 4 nəfər - iki böyük və iki uşaq Dneprdə Rusiya qoşunlarının raket hücumunun qurbanı olub.

# 1314
avatar

Aytəkin Cəlali

Oxşar yazılar