Şri-Lankada yaşayan buddist rahib dünyada ən çox müzakirə olunan hadisələrdən birinin - Ukrayna münaqişəsinin nəticəsi barədə danışıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, rahib Ratanasara Maha Thero Pallekande Ukrayna ərazisində hərbi xüsusi əməliyyatın bitmə tarixini açıqlayıb.
71 yaşlı buddist rahib Ratanasara Maha Thero Pallekande Rusiya ilə Ukrayna arasında tezliklə sülhün bərqərar olacağını bildirib.
O, telepatik qabiliyyətlərindən danışıb və Ukraynadakı münaqişənin altı ay ərzində tamamlanacağını bildirib.
Əvvəllər Buddist rahib ixtilafın səbəbini xarici təsirlə əlaqələndirib.