Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya ordusundan götürdükləri hərbi əsirlərin ilk siyahısını paylaşıb.
Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Geraşenko əsir düşən əsgərlərin analarını gəlib oğullarını Kiyevdən götürməyə çağırıb.
“Əsgər anaları cəhənnəmə düşdükdən sonra biz dəqiq bilirik ki, onların heç biri bir daha Ukraynaya qarşı olmayacaqlar”, - Geraşenko yazıb.
O bildirib ki, hakimiyyət anaların əsir düşən oğulları üçün Ukraynaya gəlsələr, övladlarını onlara vermək qərarına gəlib.
Geraşşenko bunun üçün anaların nə etməli olduğuna da aydınlıq gətirib:
“Oğlunuzun əsirlikdə olduğunu və ya öldüyünü öyrənmək üçün vərəqədə göstərilən telefon nömrələrinə (+380894201860, +380894201861, +380894201862) zəng etməlisiniz, həmçinin, “Telegram” kanalına “Gruz 200 https://t.me/rf200_now daxil olmalısınız” və yaxud elektron poçta yazın: [email protected]”.