Türkiyədən gələn təyyarədə sərxoş ana və oğul mübahisə edib
16 may 2024 06:21 (UTC +04:00)

Türkiyədən gələn təyyarədə sərxoş ana və oğul mübahisə edib

Türkiyənin Antalya şəhərindən Mançesterə uçan "EasyJet" təyyarəsində ana və oğul sərxoş olub və mübahisə edib.

Lent.az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.

Nəşrin məlumatına görə, 29 yaşlı Benjamin Linç ondan spirtli içki alan ekipaj üzvünü əvvəlcə hədələyib, daha sonra uşaqla oturan sərnişin yoldaşının üzərinə yıxılıb.

Onun anası, 59 yaşlı Patrisiya Linç də sərxoş halda oğlunu həbs etmək üçün təyyarəyə minən polis əməkdaşlarını itələməyə çalışıb, sonra onlara nalayiq ifadələr işlədib.

Mənbənin sözlərinə görə, Benjamin və Patrisiya məhkəmədə təqsirli olduqlarını etiraf ediblər. 23 cinayətə görə əvvəllər 14 dəfə məhkum olunmuş şəxs 4 ay, əvvəllər məhkumluğu olmayan anası isə 2 ay müddətinə həbs edilib. Bundan əlavə, o, iki il müddətinə vəzifə səlahiyyətlərindən kənarlaşdırılıb və 80 saat ictimai işlər cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Oxşar yazılar