Türkiyədə terror törətdi, 5 il sonra Dağıstanda tutuldu
27 iyun 2022 16:30 (UTC +04:00)

Türkiyədə terror törətdi, 5 il sonra Dağıstanda tutuldu

Dağıstanda FTX əməkdaşları İŞİD üzvünü saxlayıblar.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, 2017-ci il yanvarın 1-də İstanbulda gecə klubunda törədilən terrorda ittiham edilir. 

Məlumata görə, saxlanılan Abduraxmanov Abduraxman Badiroviçin üzərindən xeyli bank kartı, tapança, mobil telefon, qadağan edilmiş dini ədəbiyyat götürülüb.

Xatırladaq ki, həmin terror zamanı 39 nəfər həlak olmuşdu.

# 1647
avatar

Sevinc Fərid

Oxşar yazılar