Türkiyədə ən çox ev alanlar RUSLARDIR
18 may 2022 19:29 (UTC +04:00)

Türkiyədə ən çox ev alanlar RUSLARDIR

Rusiya vətəndaşları Türkiyənin daşınmaz əmlak bazarında İran və İraqdan olan xariciləri arxarda qoyub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rusların mənzil alışına yatırdıqları sərmayə əvvəlki ayla müqayisədə iki dəfədən çox (1152 ədəd mənzil) artıb.

Hazırda Türkiyədə ilk dəfə olaraq xarici ev alanların reytinqinə rusiyalılar başçılıq edir.

Qeyd olunur ki, son üç ayda Rusiya vətəndaşları Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Türkiyədə rekord sayda mənzil alıblar.

Bununla yanaşı, ruslar Dubay və İsrailin də əmlak bazarında aktivləşiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665

Oxşar yazılar