Türk gəmisini qaçırmaq cəhdinin qarşısı alındı
10 iyun 2023 04:31 (UTC +04:00)

Türk gəmisini qaçırmaq cəhdinin qarşısı alındı

Türkiyədən Fransaya gedən türk gəmisinə nəzarəti ələ keçirməyə cəhd edən qeyri-qanuni miqrantlar zərərsizləşdirilib.

Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu İtaliyanın müdafiə naziri Qido Krosetto “Twitter” səhifəsində yazıb.

“İşğalçılar zərərsizləşdirilib. Hər şey yaxşı bitdi”, - Krosetto bildirib.

Onun sözlərinə görə, göyərtəsində 22 nəfərin olduğu gəmidən SOS siqnalı ilə kömək üçün ölkənin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı hissəsinə göndərilib. İşğalçıların 15 nəfər olduğu qeyd edilir. Lakin onların bəziləri silahlı idi.

Ehtimal olunur ki, qeyri-qanuni mühacirlər əvvəlcə Fransaya gedərkən Türkiyənin “Qalata Seaways” gəmisinin göyərtəsində gizlənməyə müvəffəq olub, daha sonra ekipaj üzvləri onları aşkar etdikdən sonra onu ələ keçirməyə cəhd ediblər.
 

# 1296
avatar

Oxşar yazılar