ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsində bir milyona yaxın rus və 700 min ukraynalı hərbçinin həlak olduğunu bildirib.
O, Rusiyanın daha böyük itkilər verdiyini qeyd edərək, bu cür itkilərin müharibə aparmaq və ölkəni idarə etmək üçün təsirli bir yol ola bilməyəcəyini bildirib.
Lent.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.
Onun sözlərinə görə, insanların çoxu münaqişənin cəmi bir həftə davam edəcəyini düşünürdü, amma əslində bu, üç ildir ki, Rusiya prezidenti Vladimir Putinin reputasiyasına xələl gətirir.
Tramp həmçinin vurğulayıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sülh sazişi bağlamaq istəyini ifadə edib. Bununla belə, o qeyd edib ki, Putinin bu addıma hazır olduğuna əmin deyil. ABŞ lideri Rusiyanın ağır vəziyyətdə olduğunu, iqtisadiyyatı və inflyasiyanın pisləşdiyini bildirib və Putinlə ölkənin daha da çökməsinin qarşısını ala biləcəyinə inandığı mümkün sülh razılaşmasına ümid etdiyini bildirib.
Bundan əvvəl, dekabrın 8-də Tramp bildirib ki, Rusiya 600 min ölü və yaralı, Ukrayna isə 400 min əsgər itirib. Eyni zamanda, Ukrayna prezidenti müharibə başlayandan bəri 43 min ukraynalı əsgərin həlak olduğunu bildirib.