Toy və yas üçün saxta sevgili,  sobaya atılan uşaqlar…   - QƏRİBƏ DÜNYA
09 dekabr 2022 16:45 (UTC +04:00)

Toy və yas üçün saxta sevgili, sobaya atılan uşaqlar… - QƏRİBƏ DÜNYA

Amerikada matəm mərasimini diqqətçəkən etmək üçün belə bir xidmət var. 500  dollar qarşılığında mərhumun dəfninə qara paltarlı, qara brend eynəkli, qara şlyapalı, qara çətirli, 35-40 yaşlarında cazibədar bir xanım gəlir və  sakitcə göz yaşları tökür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əlavə 100 dollar ödənilərsə, həmin qara geyimli gözəlin mərhumdan ötrü ürəyi də gedə bilər. Bu, ondan ötrü təşkil olunur ki, mərhumun dost-tanışları, arvadı, uşaqları onun  keyfiyyətli bir ömür yaşadığına, arxasınca ağlayan çox gözəl bir qadın olmasına inansınlar. Başqa sözlə  yas göstərişi bizdəki kimi üz cırıb ağlamaqla, ehsanla deyil, mərhumun halalca xanımı dura-dura “sevgililərinin” də olduğunu bəyan etməklə olur.

****

Almaniyada qadın hər hansı bir səbəblə uşağına sahib çıxmaq istəmirsə, onu atılmış uşaqlar üçün qurulan “babyklappe” (uşaq qutusu) deyilən xüsusi bölgələrə qoyub gedir. 

İlk dəfə Müqəddəs Cozef xəstəxanasının xarici divarına yerləşdirilən "Babyklappe" adlanan sistemdə körpə sobaya bənzər qapaq altına qoyulur. Qutu bağlandıqdan sonra həyəcan siqnalı çalmağa başlayır və xəstəxana işçilərini xəbərdar edir.
Körpəni qutunun içindən 2-3 dəqiqə içində götürürlər. Qutuda körpəni tərk edənlərə ünvanlanan bir məktub da var. Məktubda körpəyə 8 həftə dövlət tərəfindən qayğı göstəriləcəyi xatırlanır və valideynlər 2 ay içində görünməzsə, övladlığa veriləcəyi bildirilir. Uşaqla bərabər valideyn özü haqqında məlumat olan məktub qoymalıdır. Bu məlumatlar sirr kimi saxlanılır. Uşaq böyüyüb 16 yaşına çatanda əgər arzu edərsə, həmin məktub  ona təqdim olunur. 

BMT-nin Uşaq Hüquqları Komitəsi körpə qutularının Avropanın bir çox ölkəsində yaradıldığını bildirib. Almaniyada artıq 99 belə qutu var və sayları getdikcə artır. Polşa Çexiya, İsveçrə, Kanada, Malayziya və hətta Vatikanda dauşaq qutuları var.

****

Yaponiyada insanların çoxu təklikdən əziyyət çəkir. Ona görə bu ölkədə çox maraqlı xidmətlər təşkil olunub. Məsələn, subay adam ailə həyatının necə olduğunu anlamaq istəyirsə, özünə ər, arvad, uşaq, bütövlükdə ailə kirayələyə, ödədiyi məbləğə uyğun olaraq, onlarla istədiyi qədər yaşaya bilər. Bundan əlavə, ailə qurarkən elçi getməyə və ya elçiləri qarşılamağa yaxın adamları olmayanlar özlərinə bir  gecəlik ata-ana kirayələyə bilirlər. Bu xidmət həm  peşəkar aktyorlar, həm də  işə yiyələnməyi bacarmış sadə adamlar tərəfindən həyata keçirilir.

Darıxırsınız, həqiqi sevgili tapa bilmirsiniz? Yaponlar bunun da çarəsini tapıblar. Saxta sevgili ilə romantic günlər yaşamaq, ömrü rənggləndirmək olar.
 

# 1047
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə  çatdı

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatdı

9 fevral 2023 , 10:36
84 yaşlı  qadın 62 saat sonra binanın dağıntıları altından sağ tapıldı

84 yaşlı qadın 62 saat sonra binanın dağıntıları altından sağ tapıldı

9 fevral 2023 , 10:04
Türkiyədə zəlzələdə ölənlərin sayı 12 873 nəfərə  çatdı -YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 12 873 nəfərə çatdı -YENİLƏNİB

9 fevral 2023 , 10:02
Dünyanın ən məşhur restoranından TÜRKİYƏYƏ YARDIM

Dünyanın ən məşhur restoranından TÜRKİYƏYƏ YARDIM

9 fevral 2023 , 09:43
Zəlzələ bölgəsindəki həbsxanada yanğın törədib, qaçmaq istədilər  - 3 ölü

Zəlzələ bölgəsindəki həbsxanada yanğın törədib, qaçmaq istədilər - 3 ölü

9 fevral 2023 , 09:29
Məktəbin qarşısında atışma:  3 nəfər...

Məktəbin qarşısında atışma: 3 nəfər...

9 fevral 2023 , 07:42
Qaz partlayışından bina çökdü, ölənlər var

Qaz partlayışından bina çökdü, ölənlər var

9 fevral 2023 , 06:06
9 aylıq hamilə qadın  3 gündən sonra   dağıntı altından sağ çıxarıldı

9 aylıq hamilə qadın 3 gündən sonra dağıntı altından sağ çıxarıldı

9 fevral 2023 , 05:34