Sumqayıtda ağır qəza: Mikroavtobus dirəyə çırpıldı, ölənlər var  -YENİLƏNİB
10 dekabr 2023 15:00 (UTC +04:00)

Sumqayıtda ağır qəza: Mikroavtobus dirəyə çırpıldı, ölənlər var -YENİLƏNİB

Bakı Sumqayıt yolunda mikroavtobusun beton dirəyə çırpılması nəticəsində hadisə yerində ölən 2-ci şəxsin kimliyi məlum olub.

Lent.az APA-ya istinadən  xəbər verir ki, bu 1959-cu il təvəllüdlü Bədəlova Afət Səməd qızıdır.

 

***

12:51

 

Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər gətirilib (4-ü qadın cinsi, 2-si kişi cinsi olmaqla).

Lent.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirib ki, qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü qadın həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.

1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

 

***

06:08

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Bakı-Sumqayıt marşurutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.

Hadisə zamanı bir nəfərin öldüyü bildirilir, üç nəfər ağır yaralanıb.

İlkin ehtimala görə qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7443
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42