Şimali Koreyada yoluxma kütləviləşir
19 may 2022 06:20 (UTC +04:00)

Şimali Koreyada yoluxma kütləviləşir

KXDR-də son sutkada daha 263 000 nəfərdə qızdırma əlamətləri aşkar edilib.

Lent.az-ın Yonhap agentliyinə istinadla xəbərinə görə, ayın əvvəlindən bu simptoma yoluxanların sayı 1,97 milyon nəfərdir. 

Yoluxanlardan 1,23 milyon nəfər sağalıb, təxminən 740 min nəfər müalicə olunur. Ötən sutkada 1 nəfər vəfat edib və ölənlərin sayı 63 nəfərə çatıb.

Yonhap agentliyi bildirir ki, kütləvi Covid-19 testi götürmək mümkün olmadığı üçün yalnız simptomlu xəstələr uçota alınır. 
 
 

# 2253
avatar

Oxşar yazılar