Şimali Koreya yenə raket buraxdı
17 yanvar 2022 05:27 (UTC +04:00)

Şimali Koreya yenə raket buraxdı

KXDR hələlik məlum olmayan tipdə raket buraxılışı həyata keçirib.

Lent.az-ın xəbərinə görə, bu barədə Yaponiyanın sahil mühafizə xidməti məlumat yayıb. Məlumatda göstərilir ki, Şimali Koreya ərazisindən Yapon dənizinə yeni raket atılıb. Bunun ballistik raket olduğu ehtimal edilir. 

Qeyd edək ki, bu, il başlayandan Pxenyanın Yapon dənizinə atdığı dördüncü raketdir. 
 

# 738
avatar

Oxşar yazılar