Donald Tramp
07 mart 2022 10:29 (UTC +04:00)

Donald Tramp

“Rusiyanı BOMBALAYAQ, deyərik ki, ÇİN edib…” - Tramp zarafatından qalmadı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp zarafatla ABŞ-ın “F-22” qırıcıları ilə Rusiyanı bombalamağı təklif edib. 

Lent.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə eks-prezident şənbə günü Respublikaçılar Partiyasının tədbirində çıxışı zamanı deyib.

Tramp əlavə edib ki, Rusiyanı bombalayacaq qırıcılara Çin bayraqları asmaq lazımdır: “Vaşinqton hər şeydə Pekini günahlandırsın və iki ölkə arasındakı münaqişəni izləsin. O zaman biz deyəcəyik ki, bunu Çin etdi, biz etmədik, hamısı Çinin işidir”.

Trampın zarafatyana söylədiyi fikirləri tamaşaçılar gülüşlə qarşılayıb. O, həmçinin, ABŞ Prezidenti Co Baydeni Ukrayna ətrafındakı vəziyyət fonunda Rusiyaya hücum etmək istəmədiyinə görə tənqid edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837

Oxşar yazılar