Rusiyalı hərbi jurnalistin Kurskda həlak olması barədə məlumat təkzib olundu - YENİLƏNİB
08 avqust 2024 08:52 (UTC +04:00)

Rusiyalı hərbi jurnalistin Kurskda həlak olması barədə məlumat təkzib olundu - YENİLƏNİB

Rusiyalı hərbi müxbir Yevgeni Poddubnının Kursk vilayətində baş verən hadisələri işıqlandırarkən həlak olması ilə bağlı məlumat təkzib olunub.

Lent.az xəbər verir ki, bu barədə jurnalistin çalışdığı VQTRK (Rossiya) kanalı məlumat yayıb.

Bildirilib ki, Poddubnı sağdır. O, yaralı vəziyyətdə Kursk vilayət xəstəxanasına yerləşdirilib.

***

22:37

Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Yevgeni Poddubnının Kursk vilayətində həlak olduğu bildirilir.

Lent.az xəbər verir ki, bununla bağlı məlumatı Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin verib.

Rusiyanın bir sıra telegram kanalları da onun öldüyü ilə bağlı məlumat yayıb. Amma hələ ki, məlumat rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Yevgeni Poddubnı bu gün Kursk vilayətində işləyib və Sudjanski vilayətində və ətraf ərazilərdə gedən döyüşlər barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429
avatar

Oxşar yazılar