Rusiyada səfərbərlikdən qaçanlar 10 ilədək  həbs ediləcək
24 sentyabr 2022 18:15 (UTC +04:00)

Rusiyada səfərbərlikdən qaçanlar 10 ilədək həbs ediləcək

Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi vəziyyət”, “müharibə vaxtı” kimi anlayışları daxil edən qanunu imzalayıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Dövlət Duması qanunu sentyabrın 20-də, Federasiya Şurası isə sentyabrın 21-də təsdiqləyib.

Cinayət və Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklərə görə, səfərbərlik və hərbi vəziyyət zamanı bölməni 2 gündən 10 günədək icazəsiz tərk edənlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 337-ci maddəsi əsasən, 5 ilədək həbs ediləcək. Həmçinin icazəsiz tərk etmə müddəti 10 gündən 1 ayadək olarsa, 7, 1 aydan artıq olarsa, 10 ilədək azadlıqdan məhrum etmə cəzası veriləcək.

Könüllü təslim olanları 10 ilə qədər həbs, müharibə zamanı talançılıqla məşğul olanları isə 15 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 21-də Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərliyin ehtiyatda olan və hərbi xidmət keçmiş vətəndaşlara aid olduğu bildirilir. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, bu Rusiyanın ümumi səfərbərlik resursunun təxminən 1 faizini əhatə edəcək və 300 min ehtiyatda olan hərbçi döyüş bölgəsinə göndəriləcək.

# 2601
avatar

Oxşar yazılar

SEPAH terror təşkilatı kimi tanınacaq? - İsraildən ÇAĞIRIŞ

SEPAH terror təşkilatı kimi tanınacaq? - İsraildən ÇAĞIRIŞ

16 aprel 2024 , 11:06
Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı

Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı

16 aprel 2024 , 07:22
ABŞ Ukraynaya dəstəyi  DAYNDIRIR?

ABŞ Ukraynaya dəstəyi DAYNDIRIR?

16 aprel 2024 , 04:52
Maşın dərəyə aşdı, ölənlər var

Maşın dərəyə aşdı, ölənlər var

16 aprel 2024 , 04:22
Atışma oldu, iki polis öldü

Atışma oldu, iki polis öldü

16 aprel 2024 , 01:30
Gürcüstanda vəziyyət gərginləşdi - VİDEO

Gürcüstanda vəziyyət gərginləşdi - VİDEO

15 aprel 2024 , 23:57
Trampa qarşı ilk cinayət işinin  məhkəməsi   başlayır

Trampa qarşı ilk cinayət işinin məhkəməsi başlayır

15 aprel 2024 , 18:14
Helikopter  qəzaya uğradı, azı üç nəfər öldü

Helikopter qəzaya uğradı, azı üç nəfər öldü

15 aprel 2024 , 08:22