Rusiya-Ukrayna nümayəndə heyətinin GÖRÜŞ YERİ DƏYİŞDİRİLDİ
03 mart 2022 12:52 (UTC +04:00)

Rusiya-Ukrayna nümayəndə heyətinin GÖRÜŞ YERİ DƏYİŞDİRİLDİ

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında böhranın həlli ilə bağlı danışıqlar əvvəllər planlaşdırıldığı kimi Belovejskaya Puşçada baş tutmaya bilər. 

Lent.az xəbər verir ki, bu barədə yerli mediaya Rusiya diplomatik dairələrdəki mənbədən bildirilib.

Görüş yerinin köçürülməsinin nə ilə bağlı olduğu açıqlanmasa da, danışıqların Belarusun Brest vilayətində aparılacağı vurğulanıb. Qeyd edilib ki, görüş yeri ilə bağlı hələlik heç bir konkretlik  yoxdur.

Xatırladaq ki, bundan əvvəl Ukrayna nümayəndə heyətinin üzvü David Araxamia artıq Rusiya-Ukrayna danışıqlarının Belovejskaya Puşçada baş tutmayacağını qeyd edib. Diplomat yeni görüş yerini adını çəkməsə də, onun martın 3-nə planlaşdırıldığını təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439

Oxşar yazılar