Rusiya tərəfi BMT, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin müvafiq strukturlarını Ukraynada humanitar dəhlizlərin açılması ilə bağlı xəbərdar edib.
Lent.az xəbər verir ki, bu barədə Ukraynadakı Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası saat 10:00-dan etibarən sükut rejimi elan edir, Makronun Putinə xahişi ilə humanitar dəhlizlər açır.
Evakuasiyaya nəzarət, həmçinin, Rusiya pilotsuz təyyarələrinin (RUA) köməyi ilə təmin ediləcək.