Kiyevdə teleqüllənin bombalanması zamanı azı 5 nəfər həlak olub, daha 5 nəfər yaraanıb.
Lent.az-ın CNN-ə istinadən xəbərinə görə bu barədə Ukrayna Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Kiyevin Şevçenkivski rayonunda saat 18:00 radələrində televiziya qülləsinin atəşə tutulması nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb. İş davam etdirilir”, - deyə Ukrayna DİN-in məlumatında qeyd olunub.
Nazirliyin paylaşdığı videoda teleqüllənin yaxınlığındakı parkinq ərazisindəki meyitlər və yanğının davam etməsi əks olunub.
***
19.36
Rus hərbçiləri Kiyevin "Doroqojiçi" metro stansiyası yaxınlığında yerləşən teleqülləni vurublar.
Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, mərmi yayımın idarəetmə otağına düşüb.
Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.
Televiziya yayımında müvəqqəti problemlər yaranıb, lakin tezliklə ehtiyat yayımın işə salacağı bildirilib.