ABŞ-da toy mərasimi zamanı cütlüyün evi partladılıb.
Lent.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata əsasən, Tom Davis və Eleni Vrettos fevralın 15-də toylarını qeyd edərkən Siserodakı evləri qəfil partlayıb.
Partlayışın əks-sədası o qədər böyük olub ki, 11 qonşunun da evi alovlanıb və onlar təxliyə olunublar.
Dağıntılar altından 31 yaşlı Entoni Avila-Pueblanın meyiti çıxarılıb. Polis həmin şəxsin qısa müddətlik toyda iştirak etdikdən sonra evi partlatmasından şübhələnir.
Entoni Avila-Pueblanın
Polis həmin şəxsin evdə yaşayan biri ilə də münasibətdə olduğunu deyir, lakin onun kim olduğunu açıqlamır.
Müşahidə kameralarının görüntüləri göstərir ki, Avila-Puebla toyun qızğın vaxtında avtomobilini aralıda saxlayıb və evə “bir növ alışan maye” küpləri aparıb.
Polis deyir ki, o, evi yandırsa da, çölə çıxmayıb.